
Bakı. Trend:
ABŞ Ermənistanın KTMT-nin Birgə Hava Hücumundan Müdafiə
sisteminə inteqrasiyasını nəzərə alaraq, hava qüvvələrinin və hava
hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün
Ermənistana analitik qruplar göndərəcək. Bu gün regionda
Ermənistanla Azərbaycan arasında həssas sülh prosesinin getdiyi bir
dönəmdə ABŞ-nin birtərəfli qaydada Ermənistana hərbi dəstəyi
müxtəlif suallar doğurur.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Mahir
Abbaszadə bildirib ki, son vaxtlar kənar dövlətlərin, xüsusilə
ABŞ-nin, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaza müdaxiləsini,
Ermənistanla münasaibətləri birtərəfli qaydada dərinləşdirilməsini
müşahidə edirik və bu çox böyük təəssüf hissi doğurur.
“Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra
Ermənistanla Azərbaycan arasında kövrək də olsa sülh işartıları
var. Amma çox təsüflər olsun ki, özlərini super dövlətlər elan edən
ABŞ və Avropa İttifaqının bəzi dövlətlər sülh prosesinə dəstək
vermək əvəzinə, Ermənistan tərəfini birtərfli qaydada
silahlandırmaqda davam edirlər”, – deyə deputat əlavə edib.
Daha geniş videomüsahibəni təqdim edirik:





























