Advertisement

Fransa assimilyasiya siyasəti aparır – Tarixçi

Bakı. Trend:

Fransa assimilyasiya siyasəti aparır. Bu, balığı suda boğmaq
kimi bir şeydir. Buna imkan verməyəcəyik.

Trend xəbər verir ki, bunu Yeni Kaledoniyanın Senat katibliyinin
əməkdaşı, Yeni Kaledoniya üzrə ekspert, tarixçi Jan İv Poedi Milli
Məclisdə keçirilən mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, müstəmləkə altında milli mənsubyyətimizi qoruyub
saxlamaq çox çətindir.

“Fransa əlbəttə bunu istəmir. Bizim əsas məqsədimiz
mədəniyyətimizi qoruyub saxlamaq üçün uşaq və gənclərin tədrisini
diqqətdə saxlayırıq”, – deyə o əlavə edib.