
Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxında Azərbaycanla
həmsərhəd Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə
helikopterlə gəlib.
Trend xəbər verir ki, bu barədə erməni “Telegram” kanalları
məlumat yayıb.
Məsələ burasındadır ki, Paşinyan bu əraziyə avtomobillə getsə
idi, İcəvan-Noyemberyan yolundan keçməli olacaqdı. Bu yolun kiçik
bir hissəsi isə məhz Azərbaycana qaytarılmalı olan kəndlərin
birindən keçir. Beləliklə, erməni baş nazirin bu addımı Azərbaycan
qanunlarını pozmamaq üçün atdığı aydın olub.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş
vilayətinin Voskepar (Əskipara) kəndinin sakinləri ilə görüşüb.
Görüşdə Paşinyan Azərbaycanla sərhədlərin demarkasiyası və
delimitasiyası məsələlərinə toxunub.





























