Advertisement

Aİ-nin Ermənistandakı missiyası NATO missiyasına çevrilir – Lavrov

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası NATO
missiyasına çevrilir.

Trend xəbər
verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov
yerli KİV-ə müsahibəsində deyib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2022-ci
ildə İrəvanda sammitdə Ermənistana əlavə silah verilməsi, təlim
keçirməsi və missiya yerləşdirməsi barədə sənədi tam razılaşdırdığı
faktdır. Hamı, o cümlədən Ermənistan tərəfi sənədi nəzərədən
keçirdi. Səhər isə baş nazir Paşinyan sammitin açılışında konsensus
əldə olunmadığını bildirib. Lakin Ermənistan cəmiyyətində Aİ
missiyası ilə bağlı konsensus əldə olundu. İki ay müddətinə vəd
edilən missiya indi artıq müddətsiz olub. Artıq orada kanadalılar,
digər NATO üzvləri də qoşulmaq istəyir. Bu artıq Aİ missiyası
deyil, NATO missiyasıdır”, – o deyib.

Xatırladaq ki, Aİ-nin Ermənistandakı monitorinq missiyası
2023-cü ilin yanvar ayında fəaliyyətə başlayıb. İlkin olaraq gələn
əməkdaşların sayı 100 nəfər idi. Lakin dekabrın 11-də onların
sayını 209 nəfərə qədər artırmaq barədə qərar qəbul olunub.

Aprel ayında Ermənistanın baş naziri Nikol Paşinyan “Aİ müşahidə
missiyasının çox vacib olduğunu” və ya guya Azərbaycanla sərhəddəki
vəziyyətə dair “obyektiv” məlumat verdiyini bildirib. Paşinyan
həmçinin, missiyanın müddətini uzatmağı təklif edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun