Advertisement

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəlib

Bakı. Trend:

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə
delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.

Trend-in xəbərinə görə, bu
barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında
dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və
Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası
və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci
görüşündə razılıq əldə olunub.

Bildirilib ki, tərəflər Əsasnaməni təsdiq etdikdən sonra
növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o
cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini
davam etdirmək barədə razılığa gəliblər.

Eyni zamanda növbəti görüşün keçirilməsi tarixinin və yerinin
işçı qaydada razılaşdırılması qərara alınıb.