
Bakı. Trend:
Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum,
Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.
Trend bu barədə erməni
KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra
Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək.
Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlət
sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının
səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın işğal altında olan
yeddi kəndindən dördünün Azərbaycana qaytarılması haqqında razılıq
əldə edilib.





























