Advertisement

Sülhməramlıların Qarabağı vaxtından əvvəl tərk etməsinin ƏSL SƏBƏBİ (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr
2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk
etməsini şərtləndirən bir neçə amillər var idi. Ötən ilin sentyabr
ayında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz
ərazisində bütün separatçıları zərərsizləşdirdi və qanunsuz erməni
silahlı dəstələri ərazilərimizdən tam çıxarıldı. Artıq həmin
ərazilərdə təhlükəsizlik Azərbaycan tərəfindən yüksək səviyyədə
təmin edilir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun
Məmmədov bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxması
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, prinsipal və
qətiyyətli siyasətinin nəticəsidir.

“Rusiya sülhməramlıları razılaşdırılmış müddətdən əvvəl
Azərbaycanı tərk edirlər. Buna səbəb Azərbaycanın həyata keçirdiyi
siyasət, bütün torpaqlarımızın azad edilməsidir. Eyni zamanda
burada digər məsələ Azərbaycan-Rusiya münasibətləridir. Bu gün
Azərbaycan və Rusiya prezidentləri arasında dostluq münasibətləri
var və bu münasibətlər davamlı inkişaf edir”, – deyə deputat əlavə
edib.

Daha geniş videomüsahibəni təqdim edirik: