
Bakı. Trend:
ABŞ Azərbaycan və Ermənistanın iki ölkə arasında sərhədin
delimitasiyası üçün baza sənədi kimi 1991-ci il Alma-Ata
bəyannaməsini razılaşdırdıqları barədə elanı alqışlayır.
Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken
“X” hesabında bildirib.
“Bu, dayanıqlı sülh sazişinin bağlanması yolunda mühüm
addımdır”, – deyə o qeyd edib.





























