Advertisement

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Bakı. Trend:

Almaniya Azərbaycan və Ermənistan arasında davamlı sülhə gedən
yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər
Nazirliyinin “X” hesabında paylaşımda bildirilib:

“Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsi
əsasında sərhədlərin demarkasiyasına dair razılıq əldə etməsi sülh
sazişinə gedən yolda böyük maneəni aradan qaldırır. Almaniya
davamlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi
verməyə hazırdır”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında
sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası
və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında
dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi
məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş
zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin
Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.