Advertisement

Ermənilər də Azərbaycan Konstitusiyası ilə nəzərdə tutulan hüquq və təminatları əldə edəcəklər – Tarixçi Cəbi Bəhramov “Tofiq Abbasovla dialoq” verilişində (FOTO/VİDEO)

Bakı. Trend:

“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla dialoq”
analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Trend xəbər
verir ki, verilişin qonağı arxeologiya üzrə fəlsəfə doktoru,
tarixçi Cəbi Bəhramov olub.

O qeyd edib ki, Azərbaycanda bir çox xalqların nümayəndələri
yaşayır və onların təhlükəsizliyi bərabər dərəcədə təmin
olunur.

“Ermənilər də bu cür hüquq və təminatlar əldə edəcəklər. Onlar
Azərbaycan vətəndaşlığını qəbul edə və nəzərdə tutulan bütün
hüquqlarla yaşaya bilərlər. Bəzi erməni “siyasətçi”lər bununla
manipulyasiya edirlər. Onlar bilirlər ki, indi Azərbaycan 1990-cı
illərin əvvəlindəki ölkə deyil. İndi Azərbaycan güclü, özünə yetən
ölkədir. Azərbaycan Ermənistanla yerdə qalan məsələlərin sülh yolu
ilə həllini təklif edir”, – C.Bəhramov deyib.

Trend
verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

(Tərcümə: Rəna Əbdürəhmanova)