
Bakı. Trend:
Bu il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası
Prezidenti seçkilərini Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan
bütün ölkələrdən müşahidəçilər izləyəcəklər.
Trend xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında
TDT-nin Azərbaycandakı prezident seçkilərini müşahidə missiyasının
rəhbəri Dastan Urmanbetov bildirib.
D.Urmanbetovun sözlərinə görə, hazırda müşahidəçilərin siyahısı
və missiyanın Azərbaycanda fəaliyyət proqramı dəqiqləşdirilir.
TDT-nin müşahidə missiyasının fevralın 4-dən 8-dək Azərbaycanda
səfərdə olacağı nəzərdə tutulub.





























