Advertisement

Britaniyanın xarici işlər naziri Tacikistana səfər edib

Bakı. Trend:

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Tacikistana
səfər edib.

Trend-in
məlumatına görə, bu barədə Tacikistan XİN məlumat yayıb. Bildirilib
ki, britaniyalı diplomat səfər çərçivəsində prezident Emomali
Rahmon və xarici işlər naziri Sirociddin Muhriddinlə görüşəcək.

Səfərin digər detalları barədə məlumat verilmir.