Advertisement

Azərbaycan özü Qarabağda təhlükəsizliyi təmin edə bilər – KTMT baş katibi

Bakı. Trend:

Bakı öz gücü hesabına Qarabağda təhlükəsizliyi təmin edə
bilər.

Trend xəbər
verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
(KTMT) baş katibi İmanqali Tasmaqambetov “TASS” agentliyinə Rusiya
sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən
deyib.

“Qarabağ Azərbaycan Respublikasının ərazisidir və Respublikanın
təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var”, – o deyib.

Baş katib həmçinin, regionda sabitliyin Azərbaycan və Ermənistan
arasında sülh sazişinin imzalanması üzrə perspektivlərdən asılı
olduğunu deyib.

Xatırladaq ki, bu yaxında sosial şəbəkələrdə Rusiya sülhməramlı
kontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxması
prosesini əks etdirən kadrlar yayılıb. Bir qədər sonra Rusiya
prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı
kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun