Advertisement

Rusiya ilə Azərbaycan əlaqələri inkişaf etdirmək istəyindədir – Peskov

Bakı. Trend:

Rusiya və Azərbaycanın iqtisad-ticarət potensialını
genişləndirmək imkanları var.

Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi
Dmitri Peskov bildirib.

Daha sonra Rusiya prezidentinin mətbuat katibi Prezident İlham
Əliyevlə Putin arasında bu gün Moskvada baş tutacaq danışıqları
şərh edərkən deyib:

“Azərbaycan Rusiya Federasiyasının dostu və tərəfdaşıdır,
ölkələr arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var və
əlaqələri inkişaf etdirmək istəyi var”.