Advertisement

Rusiya Prezidentinin köməkçisi: Heydər Əliyev adamlarla ünsiyyət qurmağı bacarırdı

Bakı. Trend:

Heydər Əliyev müdrik insan idi və adamlarla ünsiyyət qurmağı
bacarırdı.

Trend xəbər verir ki, bu fikirləri “Rossiyskaya qazeta” nəşrinə
Rusiya Prezidentinin köməkçisi, Dövlət Şurasının katibi İqor
Levitin söyləyib.

Vaxtilə BAM-da xidmət keçmiş və Urqal qəsəbəsində hərbi
komendaturaya başçılıq etmiş İ.Levitin qəzetə müsahibəsində
Baykal-Amur magistralının tikintisi tarixindən və onun
perspektivlərindən bəhs edib.

Rusiya Prezidentinin köməkçisinin sözlərinə görə, o dövrdə
BAM-ın tikintisi ölkə üçün əsas layihə idi. Magistralın tikintisi
on il davam edib. BAM-da iki milyona yaxın insan çalışıb. Əvvəlcə,
magistralın Şərq və Qərb hissələri, sonra Qərb sahəsi
birləşdirilib. Birinci iki birləşmə gümüş halqalar idi, sonuncu isə
qızıl oldu.

İ.Levitin qeyd edib: “Oktyabrın 27-də bütün magistral boyu
qatarların trafik üzrə hərəkətinin rəsmi açılışı oldu. SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini kimi Baykal-Amur
magistralının tikintisinə və istismara buraxılmasına rəhbərlik edən
Heydər Əliyev mənim tabeliyimdə olan gümüş halqa sahəsinin əsasının
qoyulması üzrə təntənəli mərasimə gəlmişdi.

Heydər Əliyev adamlarla ünsiyyət qurmağı bacarırdı. O, müdrik
insan idi. Heydər Əliyev tikintinin yekun mərhələsində iştirak
edirdi və bütün məsələlərin, o cümlədən ərzaq təminatı və
inşaatçıların digər sosial problemlərinin həllinə köməklik
göstərirdi”.