
Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə
xüsusi nümayəndəsi Toyvo Klaarla görüşüb.
Trend bu
barədə erməni KİV-ə istinadən xəbər verir.
Görüşdə həmçinin Aİ-nin Ermənistandakı nümayəndə heyətinin
rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.
Görüşdə Cənubi Qafqazdakı vəziyyət və Ermənistan-Azərbaycan
sərhədlərinin delimitasiyası prosesi müzakirə olunub.
Toyvo Klaar Aİ-nin Azərbaycan və Ermənistan arasındakı
danışıqlar prosesini bütünlüklə dəstəklədiyini bildirib.





























