
Moskva. Trend:
Baykal-Amur magistralı dünyada ən böyük dəmir yolu
arteriyalarından biri, gələcəyin yoludur.
Trend xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin
aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə
Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu
sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.
Dünya tarixində bu layihənin bənzərinin olmadığını vurğulayan
dövlət başçısı bildirib ki, BAM XXI əsr üçün qlobal siyasəti
müəyyən edir.





























