Advertisement

Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb – Vladimir Putin

Moskva. Trend:

Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində
müstəsna, böyük rol oynayıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin
Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur
Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin
veteranları və işçiləri ilə görüşdə bildirib.

Rusiya Prezidenti qeyd edib: “BAM-ın tikintisinin başlanmasının
yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham
Əliyevi təbrik etməkdən səmimi-qəlbdən şadam. Onun atası, – BAM-ın
bütün inşaatçıları bunu yaxşı bilir, – Heydər Əlirza oğlu BAM-ın
tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini kimi Baykal-Amur
Magistralının tikintisinə kuratorluq edirdi, bu çox çətin layihənin
baş tutması üçün əlindən gələni əsirgəmirdi”.