
Bakı. Trend:
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının
ildönümüdür.
Trend xəbər verir ki, bu
barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Qeyd olunub ki, ötən il aprelin 23-də xidmətinin bölmələri
tərəfindən ölkəmizin suveren ərazilərində, Laçın-Xankəndi yolunun
başlanğıcında “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi
qurulub.
Yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması
mərasimi keçirilib və dövlət sərhədindən buraxılış məntəqəsindən
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyevə məruzə edilib.





























