Advertisement

Volodimir Zelenski COP29-a dəvət edilib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir
Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına
(COP29) dəvət edib.

Trend xəbər verir ki, bu
barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” sosial
şəbəkəsindəki hesabında məlumat verib.

O qeyd edib ki, Kiyevdə Ukraynanın xarici işlər nazirinin
birinci müavini Andrey Sibiqa ilə görüşüb:

“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcək
COP29-da iştirak etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə
ünvanladığı dəvət məktubunu təqdim etmək şərəfinə nail oldum”.