Advertisement

Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi

Bakı. Trend:

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və
hətta böhran vəziyyətində də sabit artım göstərdi.

Trend xəbər verir ki, bu
sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində
təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda
beynəlxalq forumda çıxışında deyib.

“Bizim xarici borcumuz çox aşağıdır, hətta hazırda ümumi daxili
məhsulumuzun 8 faizindən də azdır”, – deyə dövlətimizin başçısı
vurğulayıb.