Advertisement

ABŞ Dövlət Departamenti İrandakı azərbaycanlıların vəziyyətindən danışıb

Bakı. Trend:

ABŞ Dövlət Departamenti dünya ölkələrində insan hüquqları ilə
bağlı hesabata dair növbəti illik məruzə dərc edib.

Trend bu
barədə sözügedən məruzəyə istinadən xəbər verir.

Məruzəyə əsasən, İrandakı etnik azlıq qrupları, o cümlədən
azərbaycanlılar hökumətin əsasən milli azlıqların yaşadığı
bölgələrdə təbii sərvətləri, ilk növbədə su ehtiyatlarını
qeyri-rasional idarə etdiyindən mütəmadi olaraq şikayət
edirlər.

Məruzədə qeyd olunduğu kimi, bu da öz növbəsində yerli ətraf
mühitə zərər yetirir və məcburi miqrasiya və etnik azlıqların daha
da marjinallaşması ilə nəticələnir.

“Azərbaycanlılar bildirib ki, hökumət aktivistləri və
təşkilatçıları təqib etməklə ayrı-seçkiliyə məruz qoyub və bəzi
valideynlərə uşaqlarına türk adları verməyə icazə verməyib”, –
məruzədə qeyd olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun