Advertisement

Prezident İlham Əliyev: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

Bakı. Trend:

Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu,
bizim əsas prioritetlərimizdən biridir.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin
23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün
Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

Azərbaycanın beynəlxalq tərəfdaşları ilə bu sahədə xüsusi
proqramlarının olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:
“Gənc nəslin aparıcı beynəlxalq universitetlərdə təhsili üçün
xüsusi prezident proqramı var”.