
Bakı. Trend:
Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də
Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Trend xəbər verir ki, hər iki
ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan
Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər
nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər
qarşıladılar.





























