
Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır
Japarovu COP29-a dəvət edib.
Trend xəbər verir ki, bu
barədə dövlət başçısı qırğızıstanlı həmkarı ilə mətbuata
bəyanatında bildirib.
“Mən Sadır Nurqujoyeviçi noyabrda COP29 beynəlxalq konfransında
iştiraka dəvət etdim”, – deyən Prezident İlham Əliyev vurğulayıb
ki, hər bir görüş həm qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin
möhkəmləndirilməsi baxımından, həm də ikitərəfli və çoxtərəfli
əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından mühüm və
dəyərlidir.




























