
Bakı. Trend:
Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı
əlaqələri davam etdirmək əzmindədir.
Trend xəbər verir ki, bu
fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti
Sadır Japarov ilə mətbuata bəyanatında bildirib.
Qırğızıstan Prezidentinin səfəri çərçivəsində imzalanan
sənədləri xatırladan dövlət başçısı qeyd edib ki, iki ölkə
ikitərəfli münasibətlərin möhkəm qanunvericilik bazasını
yaradır.




























