
Bakı. Trend:
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv
Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda komissiyaya daxil olan 100-dən
artıq müraciətə baxılıb.
Bu il komissiya 700-dən çox müraciətə baxacaq. Burada qadınlar,
əcnəbilər, hərbi qulluqçular, yol- nəqliyyat hadisələri,
ömürlüklərlə və s. bağlı müraciətlərə baxılacaq.
Bundan əvvəlki iclasda da 200-dən artıq müraciətə
baxılmışdı.
Qeyd edək ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı
imzalanıb.
Sonuncu sərəncam 8 may 2023-cü il tarixdə imzalanıb. Məhkum
edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması
haqqında sərəncam imzalanıb.
Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs
azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə
cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan
məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın
məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti
məhkum edilmiş şəxslər) azad edilib.





























