Advertisement

Azərbaycan bölgəmiz üçün əsl sülh mühiti yarada bilib – Azər Qarayev

Bakı. Trend:

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
mövzusunda beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev bir
sıra vacib məsələlərə toxundu.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, bu gün Azərbaycan regional gücdən qlobal
gücə çevrilməkdədir.

“Azərbaycan Prezidentinin dünyada artan nüfuzu sayəsində ölkəmiz
regionun qabaqcıl ölkəsi olmaqla yanaşı, dünyada qlobal
problemlərin həllinə töhfə verən ölkəyə çevrilib. Ölkəmizdə
keçirilən beynəlxalq tədbirlər, Azərbaycan prezidentinə olan yüksək
etimad bunu deməyə əsas verir”.

Politoloq əlavə edib ki, artıq region üçün yeni perspektivlər
formalaşıb:

“Dövlət başçısı növbəti dəfə beynəlxalq ictimaiyyətə regiondakı
ən son vəziyyət və gözləntilər barədə dolğun məlumat verdi.
Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək, ərazi
bütövlüyünü və suverenliyini təmin etdi, sonra bəzi Qərb
dairələrinin və beynəlxalq təşkilatların ölkəmizə təzyiqləri,
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh
prosesi, Azərbaycanın işğal edilmiş 4 kəndinin geri qaytarılması
regionda sülh üçün yeni reallıqlar yaratdı.

Azərbaycanın təşviq etdiyi sülh gündəliyi bugünlərdə aktiv
fazaya daxil olub. Azərbaycan regiona kənar qüvvələrin dağıdıcı
təsirlərinin qarşısını almaqla, bölgəmiz üçün əsl sülh mühiti
yarada bilib”.

A.Qarayev vurğulayıb ki, Azərbaycan tərəfindən bölgədə davamlı
sülhün bərqərar olması istiqamətində atılan addımlar davamlı
xarakter daşıyır.

“Azərbaycan dövləti üçüncü oyunçuların regionda sabitliyi
pozmasına imkan vermir və verməyəcək. Bu gün, təəssüf ki, biz bəzi
dairələr tərəfindən Azərbaycana qarşı qərəzli mövqeyin şahidi
oluruq. Çünki onlar regionda müstəqil siyasət yürüdən, sülh
təşəbbüskarı bir dövlətin mövcudluğunu həzm edə bilmirlər. Lakin
keçən zaman kəsiyi onu göstərdi ki, Azərbaycanla heç kim təzyiq
dilində danışa bilməz və bu metod heç bir nəticə vermir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün bəzi
ölkələr Azərbaycana qarşı soyuq müharibə aparırlar. Azərbaycan
dövləti isə bütün lazımi cavab tədbirlərini görür”.

A.Qarayev bildirib ki, Azərbaycan dövləti üçün vətəndaşlarının
təhlükəsizliyi ən basilica amillərdən biridir.

“Dövlətimiz tərəfindən də bu istiqamətdə bütün işlər yüksək
peşəkarlıqla görülür. Azərbaycan üzərindən ikili oyunlar oynamaq
istəyənlərin bütün planları da kağız üzərində qalmağa
məhkumdur”.