
Bakı. Trend:
Azərbaycan ciddi çağırışlarla üzləşən regionda yerləşir.
Trend xəbər verir ki, Macarıstan xarici işlər və ticarət naziri
Peter Siyarto Azərbaycan və Macarıstan Hökumətləri arasında
iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası
çərçivəsində keçirilən mətbuat brifinqdə deyib.
“İki ölkə arasında olan əməkdaşlıq bu çağırışların öhdəsindən
gəlməyə kömək edir. Azərbaycanla strateji tərəfdaşlığa görə bizi
tənqid edənlər vardı. Lakin indi o tənqid edənlər Azərbaycan
Prezidenti İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar.
Bizim strateji tərəfdaşlığımız bir sıra fürsətlər yaradır”,-
deyə P.Siyarto deyib.
Xəbər yenilənəcək





























