Advertisement

Sahibə Qafarova Monteneqroya getdi – Trend.Az

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament
nümayəndə heyəti aprelin 25-də Monteneqro Respublikasına rəsmi
səfərə gedib.

Parlamentdən Trend-ə bildirilib ki, nümayəndə heyətinə Milli
Məclisin Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri İqbal Məmmədov, deputatlar Hikmət Məmmədov, Aqiyə
Naxçıvanlı, Kamaləddin Qafarov, Sevil Mikayılova, parlament
Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər
daxildirlər.

Podqoritsa hava limanında nümayəndə heyətini Monteneqro
Parlamentinin sədri Andriya Mandiç, parlamentin Azərbaycanla
dostluq qrupunun rəhbəri Nada Lakoviç, Azərbaycanın Monteneqrodakı
səfiri Kamil Xasıyev, Monteneqronun Azərbaycandakı səfiri Perisa
Kastrotoviç və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın bir sıra görüşləri
nəzərdə tutulub.