Advertisement

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb (FOTO/VİDEO)

Bakı. Trend:

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin
(FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər
dənizinin ərazi sularında keçirilən “Dalğa-2024” birgə taktiki
təlimi müvəffəqiyyətlə başa çatıb.

Müdafiə Nazirliyindən Trend
verilən xəbərə görə, təlimdə dənizdə şərti platformada baş vermiş
qəzanın aradan qaldırılması məqsədilə gəmilər dislokasiya
məntəqəsini tərk edib, birgə komanda məntəqəsində vertolyot, gəmi
və katerlərlə tapşırıq üzrə uzlaşma aparılıb, qəza rayonuna lazımi
köməkliyin göstərilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Həmçinin baş vermiş yanğının lokallaşdırılması,
axtarış-xilasetmə əməliyyatlarının və platformanın sualtı
hissəsində dalğıc baxışının keçirilməsi, qəza növbətçiliyinin
təşkili, eləcə də digər fəaliyyətlər icra olunub.

Birgə taktiki təlimdə HDQ və FHN gəmi və şəxsi heyəti qarşıya
qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.