
Bakı. Trend:
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün
fəaliyyətini dayandırıb.
Trend xəbər verir ki, bu münasibətlə Azərbaycan Müdafiə
Nazirliyinin təşkilatçılığı ilə Türkiyə-Rusiya Birgə Monitorinq
Mərkəzində təntənəli mərasim keçirilir.
Bununla əlaqədar bir qrup media nümayəndəsi üçün media-tur
təşkil olunub.
Qeyd edək ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyası
arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs
rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması
məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.
2023-cü ilin 19-20 sentyabr antoterror əməliyyatı nəticəsində
Azərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib. Bununla
əlaqədar Rusiya Sülhməramlı Kontingenti bir neçə gün əvvəl Qarabağ
bölgəsini tərk etməyə başladığından Birgə Mərkəzin fəaliyyətinə də
ehtiyac qalmayıb.
Onu da əlavə edək ki, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə
Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacağı barədə Türkiyə
Milli Müdafiə Nazirliyi aprelin 18-də məlumat yaymışdı.





























