
Bakı. Trend:
COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq
prosesindədir.
Trend xəbər verir ki, bu
fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin
26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli
Seqmentində çıxışında deyib.
Bu qlobal tədbir üçün Azərbaycanın bir ildən az vaxtı olduğunu
vurğulayan dövlətimizin başçısı bildirib: “Biz də əlimizdən gələni
edirik ki, yaxşı nəticələr əlimizdə olsun”.




























