Advertisement

Prezident İlham Əliyev: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

Bakı. Trend:

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+
platformasının üzvüdür və bu da əlavə üstünlük verir.

Trend xəbər verir ki, bu
fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin
26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli
Seqmentində çıxışında deyib.

“Çünki enerji, qaz və neftlə zəngin olan ölkələr bu işdə – iqlim
dəyişikliyi ilə mübarizə sahəsində öndə getməlidirlər. Beləliklə,
bu müxtəlif platformalar bizdə yaxşı həmrəylik ruhu yaradacaq və
bizə imkan verəcək ki, hədəflərimizə nail olaq. Bizim ölkə COP-a ev
sahibi seçilən kimi bir sıra media qurumları bizim enerji
portfelimizi təhlil etməyə başladılar”, – deyə Azərbaycan
Prezidenti vurğulayıb.