
Bakı. Trend:
Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən
maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit
iqlim yaradırıq.
Trend xəbər
verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 26-da Berlində
keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli
Seqmentində çıxışında deyib.
Ölkəmizin dənizdə təsdiq edilmiş külək enerjisi potensialının
157 qiqavat həcmində olduğunu söyləyən dövlətimizin başçısı
bildirib ki, bu, bizim potensialımızın göstəricisidir.





























