
Bakı. Trend:
Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli
təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə
yol verilməməlidir.
Trend xəbər verir ki, bu
fikirləri Prezident İlham Əliyev aprelin 26-da Berlində keçirilən
“15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində
çıxışında səsləndirib.
“Zəngin enerji resurslarına malik olmağımıza baxmayaraq, biz bu
məsələni müdafiə edəcəyik”, – deyən dövlətimizin başçısı vurğulayıb
ki, ənənəvi enerjiyə sahib olan ölkələr xüsusilə də iqlim
dəyişikliyi məsələsində həmrəylik nümayiş etdirməlidirlər.





























