
Bakı. Trend:
Prezident İlham Əliyev Almaniyada səfərdədir.
Erməni lobbisi və onların havadarları Almaniyada təxribat
xarakterli aksiyaya hazırlaşırlar. Regionda sülh üçün yaxşı
perspektivlərin yarandığı, sərhədlərin delimitasiyası prosesinin
başlandığı bir vaxtda erməni lobbisi və onların havadarları bu
prosesə mane olmağa çalışırlar və gərginlik yaratmaq üçün belə ucuz
şou qururlar.
Məsələni Trend-ə şərh edən siyasi şərhçi Elçin
Mirzəbəyli bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri
çox önəmlidir.
Onun sözlərinə görə, bu aspektdən də erməni lobbisi və
diasporunun Ermənistanda qıcıq doğurması təbii qəbul
olunmalıdır.
“Burada iki faktor var. Birincisi, erməni diasporunun ölkəmizə
qarşı çıxış etməsi və ölkəmiz ətrafında yanlış informasiya mühiti
formalaşdırılması cəhdləridir. Lakin onlar nə qədər cəhd
göstərsələr də, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinə təsir
göstərməyi bacarmadılar.
Eyni zamanda, ölkəmiz ətrafında aparılan təxribat kampaniyaları
Azərbaycanın üzərinə bilavasitə kölgə salmağa cəhd göstərildi.
Bütün bunlar effektiv nəticə vermədi”, – deyə o qeyd edib.





























