Advertisement

Mərakeş Kralı COP29-a dəvət olunub

Bakı. Trend:

Aprelin 26-da Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim
Səmədov Mərakeşin xarici işlər, Afrika əməkdaşlığı və xaricdə
yaşayan mərakeşlilər naziri Nasser Burita ilə görüşüb.

Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyindən Trend-ə
bildirilib ki, görüş zamanı 2024-cü ilin noyabrında ölkəmizin ev
sahibliyi edəcəyi BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29)
iştirakla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Mərakeş Kralı
VI Məhəmmədə ünvanladığı dəvət məktubu N.Buritaya təqdim
olunub.