
Bakı. Trend:
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu
İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq
dənizçilik yarışlarında iştirak etmək məqsədilə bu ölkədə
səfərdədir.
Trend bu barədə Müdafiə
Nazirliyinə istinadən xəbər verir.
Səfər çərçivəsində hərbi qulluqçularımız İtaliyanın Hərbi
Dənizçilik Akademiyasının komandanlığı və Livorno şəhərinin meri
ilə görüşüblər.
Həmçinin təmsilçilərimiz digər iştirakçı ölkələrin nümayəndələri
ilə birgə parad və yarış bayraqlarının təhvil-təslim mərasimində,
eləcə də yarışa hazırlıq məqsədi ilə keçirilən dəniz məşqlərində
iştirak ediblər.





























