
Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını
və 32 ildən bəri Ermənstanda işğalda qalmış 8 kəndimizin 4-nün azad
edilərək Azərbaycana təhvil verilməsinin dayandırılmasını tələb
edən şəxslərin keçirdikləri etiraz aksiyaları gün keçdikcə
tragikomediyaya çevrilməyə başlayır.
Qrotesk o həddə çatıb ki, Ermənistanın müxtəlif yerlərində
yolları bağlayan şəxslər arasında kənar dövlətlərin mikroskopik
nüfuza malik agenturası, baş verənləri yeknəsəq günlərə rəng qata
biləcək əyləncə sayanlar və hətta fırıldaqçıların sayı sürətlə
artır.
Məsələn, Ermənistanın Tavuş (Tovuzqala) rayonunda yolu
bağlayanlar arasında özünü “liderlərlərdən biri” elan edən həxs
erməni jurnalistlərə “general-leytenant Martin Karapetyan” kimi
müsahibə verib.
Dahat sonra isə “general-polkovnik Arakelyan” kameralar
qarşısında peyda olub.
Ermənistan ordusunun qalıqlarında belə “general”lar yoxdur və
fırıldaqçılar yaranmış vəziyyətdən istifadə edərək pul qazanmağa
çalışıblar.
Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj
Sarkisyan da rəhbərlik etdikləri “Ermənistan” ilə “Şərəfim var”
parlament fraksiyalarındakı deputatlar vasitəsilə aksiyalara
qatılıblar.
R.Köçəryanın oğlu Levon Köçəryan isə yol bağlayanların yanında
duraraq foto çəkdirib, sonra isə həmin fotolar “təsadüfən” sosial
şəbəkələrdə “Ermənistanın gələcək baş naziri” yazısı ilə
paylaşılıb.
Vəziyyətdən Ermənistandakı siyasi parazitlərlə yanaşı, müxtəlif
ölkələrdəki ermənilər də mümkün qədər aktiv istifadə etməyə
çalışırlar.
Rusiya Ermənilər İttifaqının (REİ) rəhbəri Ara Abramyanın
Moskvada təşkil etdiyi, qondarma “erməni soyqırımı”nın “anım
günü”nə həsr olunmuş konfransda çıxış zamanı da qrotesk vardı.
Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan səhnəyə
çıxaraq uydurma “soyqırım”dan bir qədər danışandan sonra Nikol
Paşinyandan bəhs etməyə başlayıb.
“Paşinyanın xuntanını hakimiyyətdən kənarlaşdırmaq və istefaya
yollamaq yetərli deyil. Paşinyanla adamları həbs olunmalı,
əməllərinə görə qanun qarşısında cavab verməlidirlər”, –
A.Karapetyan deyib.
REİ-nin vitse-prezidenti Lüsik Qukasyan səbrinıə hakim olmayaraq
sabiq nazirin sözünü kəsib: “Anlamıram, Ermənistanın keçmiş müdafiə
naziri burada nə edir?! Üstəlik, sayğı və diqqət tələb edir. O,
indi Ermənistanda olmalıdır!”
A.Karapetyan küsərək tədbiri tərk edib.
Elə həmin gün A.Karapetyan Moskvadakı mənzilindən Ermənistan
vətəndaşlarına videomüraciət edib.
“Ümumerməni Cəbhəsi”ni yaratdığını elan edən A.Karapetyan
Ermənistan vətəndaşlarını kütləvi etiraz aksiyalarına, nümayiş və
yürüşlərə çağırıb.
Onun çağırışında bir məqam diqqətçəkəndir: “Hakimiyyət
dəyişikliyini dəstəkləyirik, lakin əvvəllə hakimiyyətdə olanları və
ya kənardan təsir altında fəaliyyət göstərənləri hakimiyyətdə
görmək istəmirik”.
Beləliklə, Ermənistanda hakimiyyət uğrunda mübarizəyə
başladığını bəyan edən general A.Karapetyan ölkənin sabiq
prezidentləri Robert Köçəryan və Serj Sarkisyanla heç bir halda
tərəfdaş olmayacağını, hansısa koalisiya qurmayacağını bildirib.
Təbii, A.Karapetyan İrəvanda hakimiyyət dəyişiklikliyini
reallaşdıra biləcək nüfuza və imkana malik şəxs deyil. O, sadəcə
Rusiyadakı müəyyən qüvvələrin İrəvandakı vəziyyətə təsir üçün yeni
alət qismində istifadə etdiy şəxs olduğundan Köçəryan və ya
Sarkisyanla hansısa əməkdaşlığın mümkünlüyündən danışmaq, yumşaq
desək, çox tezdir.
Hazırda Ermənistanda Azərbaycanla şərti dövlət sərhədinin
demarkasiyası və delimitasiyası ilə bağlı işlərin sürətlə
getməsindən etiraz aksiyaları üçün səbəb qismində istifadə edən
qüvvələrin məramı bəllidir: onlar Nikol Paşinyanı hakimiyyətdən
kənarlaşdırmaq üçün əlverişli situasiyanın formalaşdığını
düşünürlər.
Daxildəki «sabiq»lər və ölkə xaricindəki erməni diasporu,
xüsusilə də Rusiyadakı erməni icma təşkilatlarının rəhbərləri
tərəfindən maliyyələşdirilərək idarə olunan kütlə etiraz
aksiyalarının ciddi nəticə verəcəyini düşünürlər. Sadəlövhlükdür,
çünki Ermənistanda Paşinyanın mövqelərini istefaya vadaretmə
səviyyəsinədək zəiflədəcək qüvvə, həmçinin zəruri şərait
yoxdur.
Ermənistanda Robert Köçəryanla Serj Sarkisyanın hakimiyətə
qayıdış xəyalları da illüziyadır – ermənilərin çoxu onlara sözün
əsl mənasında, nifrət edirlər.
Amma bu, onların əsrlərdən bəri formalaşan və hələ də qüvvədə
olan ideoloji paradiqmalarına, yaşamlarının mənəvi əsaslarına
qətiyyən təsir etmir.
Ermənistan vətəndaşları ilə yanaşı, dünyanın müxtəlif
ölkələrində yaşayan ermənilərin şüurlarındakı “Vətən”, “Torpaq”,
“Yurd” məhfumları reallıqlara cavab verməyərək miflərə, əsatirlərə,
uydurma tarixi illüziyalara əsaslanır.
Qonşu ölkənin müstəqillik qazanan ilk gündən bəri keçdiyi zaman
kəsiyində inkişafını əngəlləyən, irəliləyişinə mane olan əsas amil
də ermənilərin uydurduqları narrativlərin, xəyallarındakı mifik
“Böyük Ermənistan” idefiksinin qurbanı olmaları, ərazi iddiaları və
irqçiliyi normal prinsiplər saymalarıdır.
Halbuki ermənilərin intellektual potensialı az deyil və erməni
cəmiyyəti normal inkişaf yolunu seçsəydi, Azərbaycanla Türkiyəyə
qarşı marazmatik iddialardan əl çəkib tərəfdaşlıq, qonşuluq və
əməkdaşlıq yolunu tutsaydı, Cənubi Qafqazda sülhlə stabillik çoxdan
bərqərar olmuşdu.
Ermənilərsə öz qüvvələrini, potensiallarını və imkanlarını boş
xəyallaar sərf edərək böyük dövlətlərin çirkin geosiyasi
oyunlarında alət oldular, vədlərə aldanaraq yerinə yetirilməyən və
əsla reallaşdırılmayacaq “öhdəlik”lərin qurbanı oldular.
Erməni cəmiyyətinin ən böyük səhvi isə qondarma “erməni
soyqırımı” yalanını qüvvədə saxlaması, Türkiyə və Azərbaycanla
yanaşı, bütün dünyaya məhz həmin yalanın müstəvisindən
baxmasıdır.
Ermənistanın indi üzləşdiyi tarixi, mənəvi, siyasi və geosiyasi
dalana aparan yanlış yol da məhz saxta narrativlər, mənasız
illüziyalardır.
Rəsmi İrəvan saxtakarlıq və yanlışlar, uydurmalar və xəyallar
üzərində qurulmuş prinsipləri tarixə, iddialarını – siyasətə, psixi
travmalarını isə yaddaşa çevirdiyi üçün fasiləsiz şəkildə hami,
dayaq, havadar arayır. Belə arayışlar mütləq şəkildə erməniləri
«hami»lik iddiasında olanların oyuncağına və marionetinə
çevirir.
Ermənilər asılılıqdan qurtulmaq, müstəqil dövlət olmaq, inkişafa
başlamaq və forpost statusu ilə vidalaşmaq istəyirlərsə, saxta
narrativlərdən əl çəkməlidir.
Ağrılı prosesdir, sürətlə bitən deyil.
Ancaq başqa yol və ya vasitə yoxdur.





























