Advertisement

AŞPA-nın Azərbaycana qarşı son addımı ikili standartların növbəti nümayişidir – Ceyhun Bayramov

Bakı. Trend:

Ötən il Qarabağ bölgəsində aparılan lokal antiterror
tədbirlərindən sonra BMT və bir sıra digər beynəlxalq təşkilatların
nümayəndələrinin 30 ildən sonra ilk dəfə bölgəyə səfəri təşkil
olunub.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Parlamentlərarası İttifaqın baş katibi Martin
Çunqonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən
bildirib.

Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmizin
işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və
yenidənqurma işləri, habelə sülh təşəbbüsləri barədə qarşı tərəfi
ətraflı məlumatlandırıb.

Ölkəmizin sərgilədiyi bu mövqeyə baxmayaraq, işğal və münaqişə
dövründə fəaliyyətsizlik nümayiş etdirən bir sıra beynəlxalq
təşkilatların hazırkı normallaşma gündəliyinə xələl gətirdiyi qeyd
olunub. Avropa Şurası Parlament Assambleyası tərəfindən ölkəmizə
qarşı atılan son addımın da bu qəbildən olan ikili standartların
növbəti nümayişi kimi qiymətləndirdiyimiz diqqətə çatdırılıb.