Advertisement

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan sərhədində demarkasiya işlərinin başlanması müsbət addımdır

http://trend.azBakı. Trend

Azərbaycan ilə Ermənistan sərhədində demarkasiya işlərinin
başlanması müsbət addımdır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham
Əliyev ABŞ dövlət katibi Antoni Blinken ilə telefon danışığı zamanı
deyib.

Dövlətimizin başçısı iki ölkənin delimitasıya komissiyası
tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış
dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin
nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya
prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya
işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb.
Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam
etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq
tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
Almatıda görüşəcəklərini bildirib.