Advertisement

Prezident İlham Əliyev: Tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcəklər

Bakı. Trend:

Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklər.

Trend xəbər verir
ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi
Antoni Blinken ilə telefon danışığı zamanı deyib.

Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam
etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq
tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun
əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan
Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin
sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini
əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi
iradəyə malik olduğunu qeyd edib.