
Bakı. Trend:
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Qazaxıstanda
görüş keçirəcək.
Trend xəbər
verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat
katibi Ani Badalyan deyib.
“Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstan tərəfinin
təklifinə əsasən görüşü barədə razılıq var. Görüşün Almatıda
keçiriləcəyi qeyd olunub”, – deyə o bildirib.
Xatırladaq ki, bu yaxında Qazaxıstan prezidenti Kasım-Jomart
Tokayev İrəvana səfərində Astananın Azərbaycan-Ermənistan
danışıqları üçün platforma təmin etməyə hazır olduğunu
bildirib.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























