Advertisement

Milli Məclisin deputatları Tailanda görüşlər keçirib

Bakı. Trend:

Milli Məclisin deputatları Tailandla parlamentlərarası əlaqələr
üzrə işçi qrupu “Tailand-Azərbaycan ticarət imkanları 2024”
layihəsi ilə bağlı müzakirələrdə iştirak etmək üçün 21-27 aprel
tarixlərində Tailandın paytaxtı Banqkok şəhərində səfərdə
olublar.

Tailanda səfərdə olan Milli Məclisin deputatları,
parlamentlərarası dostluq qrupunun üzvləri Rüfət Quliyev, Rauf
Əliyev, Müşfiq Cəfərov səfər çərçivəsində Tailand İnvestisiya
Şurasında görüşdə iştirak ediblər. Səfər zamanı həmçinin Tailand
Xarici İşlər Nazirinin müavini və Azərbaycanın fövqəladə və
səlahiyyətli səfiri İrfan Davudov millət vəkilləri ilə görüşüb.

Milli Məclisin deputatları Tailand Sappai Sapasatan Parlamentini
ziyarət edib, dostluq qrupunun Tailandlı üzvləriylə görüşüblər.
Görüş çərçivəsində Tailand parlamentinin sədri və Nümayəndələr
Palatasının spikeri cənab Vanmuhamadnur Matha ilə görüş və
parlamentin rəhbəri tərəfindən ziyafət təşkil olunub.