
Bakı. Trend:
Ermənistan parlamenti ölkənin müxalif “Hayastan” fraksiyasının
delimitasiya və demarkasiyaya dair layihəsinin müzakirəsindən
imtina edib.
Trend xəbər
verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Hakim fraksiyanın deputatları müxalifətin Ermənistan və
Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyasına
dair layihəsinin parlamentin gündəliyinə daxil edilməsinin əleyhinə
səs veriblər.
Məlumata görə, sözügedən layihə deputat Artur Xaçatryan
tərəfindən təqdim olunub.
Qeyd edək ki, Ermənistan müxalifətinin demarkasiya ilə bağlı
daha bir müraciəti aprelin 11-də rədd edilib.





























