
Bakı. Trend:
Macarıstan Avropa İttifaqının (Aİ) Sülh Fondundan Ermənistana 10
milyon avroluq yardım layihəsini bloklayır.
Trend xəbər
verir ki, bu barədə erməni KİV diplomatik mənbələrə istindən
məlumat yayıb.
Qeyd olunub ki, layihə bir neçə həftə əvvəl razılaşdırılıb.
Macarıstan Azərbaycanın da proqrama daxil edilməsini tələb
edir.
KİV-in yazdığına görə, aprelin ortalarında məlum olub ki,
Brüsseldə Ermənistana Aİ Sülh Fondundan 10 milyon avro dəyərində
yardım ayrılması barədə ilkin razılıq əldə olunub.
Diplomatik sənədlərə əsasən, bu vəsaitlə bir batalyonluq modul
tipli səhra düşərgəsinin yaradılması nəzərdə tutulur. Buraya
həmçinin bir tibb məntəqəsinin, eləcə də müvafiq xidmət və
imkanların daxil edilməsi nəzərdə tutulur.





























