Advertisement

Ermənistan Azərbaycanla həmsərhəd kəndi minalardan təmizləyib

Bakı. Trend:

Ermənistanda Azərbaycanla həmsərhəd Berkaber kəndində
minatəmizləmə işləri başa çatıb.

Trend erməni
KİV-ə istinadən xəbər verir ki, bu barədə Berkaber icmasının
rəhbəri Tiqran Arutyunyan məlumat verib.

Onun sözlərinə görə, hələlik ərazidə delimitasiya və demarkasiya
işləri aparılmır.

Xatırladaq ki, aprelin 22-də errməni minatəmizləyənlər Tavuş
vilayətinin Voskepar kəndində Müqəddəs Tanrı Anası Kilsəsinə
bitişik ərazidə minatəmizləmə işlərinə başlayıb.

Aprelin 23-də Ermənistan Daxili İşlər Nazirliyi delimitasiya
prosesi çərçivəsində minatəmizləmə işlərinin görülməsi üçün
Bağanis-Voskepar yolunu bağlayıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun