Advertisement

Prezident İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də
Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin
müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul
edib.

Trend xəbər verir ki, nümayəndə heyətinə Özbəkistan Müsəlmanlar
İdarəsinin sədri Nuriddin Xaliknazarov, Qazaxıstan Müsəlmanlar
İdarəsinin sədri Naurızbay Otpenov, Qırğızıstan Müsəlmanlar
İdarəsinin sədri Abdulaziz Zakirov və Şimali Kipr Türk
Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal daxildir.