
Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa
çatıb.
Trend xəbər verir ki, ilk gün çərçivəsində ümumilikdə 3 plenar,
4 panel sessiyası, nazirlərin beşinci, beynəlxalq təşkilatların
3-cü zirvə görüşü keçirilib.
Sessiyalar zamanı çıxışçılar uyğun mövzular ətrafında fikir
mübadiləsi aparıblar.
Çıxışçılar hazırda dünyada mövcud bir sıra problem və təhdidləri
dilə gətirərək dialoqların çoxaldılmasının tərəfdarı olduqlarını
bildiriblər.
Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq:
Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda
dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak
edir.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.
Məlumat üçün bildirək ki, tədbir 1-3 may tarixlərini əhatə
edəcək.





























